AZ

Türkiyəli nazir Ər-Riyadda Muxtar Babayevlə görüşdü

Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.Metbuat.az xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murat Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.

O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.

Seçilən
9
4
metbuat.az

10Mənbələr