AZ

Urmu şəhərində PJAK/PKK-nın təşkilatlanması artır?

Image

“Anadolu Ajansının Farsça Xidməti redaktoru Oğuz Akkarın X platformunda paylaşdığı yazıda Urmu şəhərində son baş verənlərlə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Yerli mənbələr İranın Qərbi Azərbaycan vilayəti Urmu şəhərində, xüsusilə kənd yerlərində PJAK/PKK-nın təşkilatlanmasını artırdığını bildirir. PJAK/PKK uzun zamandır Urmuda həm şəhər, həm də kənd yerlərində fəaliyyət göstərirdi.”

Qeyd etmək lazımdır ki, PKK terror təşkilatına yaxın mənbələr PKK-nın İran qolu kimi tanınan PJAK-ın son vaxtlar İraqın Qəndil bölgəsində yenidən təşkilatlanma və hazırlıq işlərinə başladığını bildirir. PJAK əvvəllər “İranda Hərəkatlar və Xalqların Demokratik Platforması” layihəsini (Suriyadakı Suriya Demokratik Gücləri modeli ilə) həyata keçirmək planını açıqlamışdı. Bu çərçivədə, həmin layihənin məsulu “Ehwan Çiyako” Avropadan Qəndilə gələrək PJAK-ın silahlı qanadının rəhbəri vəzifəsinə təyin olunmuşdur.

Bir tərəfdən, PKK-nın Suriyada Əsəd rejimi və İran İnqilab Keşikçiləri ilə sıx əməkdaşlıqda olduğu, digər tərəfdən isə İranda İranşəhrçi– terror tərəfdarı blokun Qərbi Azərbaycan valisinin təyin olunması prosesində açıq maneçilik yaratması və israrla terror tərəfdarı bir valinin seçilməsinə çalışdığı bir vaxtda, bu hərəkətlər daha da diqqətəlayiq olur.”

Zümrüd





Seçilən
29
baki-xeber.com

1Mənbələr