AZ

Bakıda BƏƏ-nin milli bayramı

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - müstəqilliyin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Ölkəsinin yaranmasının tarixi əhəmiyyətindən danışan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib: "Bu gün biz qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək, sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyimizi təzələyirik. Birgəyaşayış BƏƏ cəmiyyətinin təməl sütunudur. Ölkə 200-dən çox milləti harmoniya içində əhatə edib. Müxtəlif mədəniyyətlər təhlükəsiz və firavan bir mühitdə birlikdə yaşayırlar".

Səfir, həmçinin Azərbaycan hökumətinə COP29 tədbirinə uğurla ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Vurğulayıb ki, bu tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak edib.

O, bu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksəksəviyyəli ikitərəfli münasibətləri təqdir edib.

Daha sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və səmimi dostluğu sayəsində yüksələn xətt üzrə inkişaf edir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

Tədbir ziyafətlə davam edib.

XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr