AZ

Milli Arxiv İdarəsinin tenderinin qalibi olan şirkətin əmək hüquqlarını pozduğu bildirilir

"Fasttech" MMC-yə inizbati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin icraatındadır. Baxış iclası dekabrın 17-də keçiriləcək.

 

Qeyd: Şirkət Milli Arxiv İdarəsinin 2023-cü ildə elan etdiyi tenderin qalibi olub.

 

Xəyal Quliyev

Tarix: 3 Dekabr 2024, 09:57   
Seçilən
91
30
pravda.az

10Mənbələr