AZ

Bayden administrasiyası Kiyevə ümumilikdə 62 milyard dollarlıq hərbi yardım vəd verib

Bayden administrasiyası Kiyevə ümumilikdə 62 milyard dollarlıq hərbi yardım vəd verib

ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası fəaliyyətə başlayandan bəri Vaşinqton Ukraynaya ümumilikdə 62 milyard dollarlıq hərbi yardım göstərməyi öhdəsinə götürüb.AFN.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.Sənəddə qeyd edilir ki, Bayden administrasiyası Ukraynaya 62 milyard dollardan çox hərbi yardım göstərməyi öhdəsinə götürüb. Bura Rusiyanın xüsusi hərbi əməliyyata başlamasından sonra 61,4 milyard dollar yardım daxildir.Dekabrın 2-də ABŞ administrasiyası Kiyevə 725 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim etdiyini açıqlamışdı.

Seçilən
47
afn.az

1Mənbələr