Azərbaycan Mərkəzi Bank 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş operatoruna lisenziya verib.
“APA-Economics” xəbər verir ki, Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.
O bildirib ki, bu nəzarət subyekti olaraq bu təşkilatların daha dayanıqlı olmasına, vətəndaşların maliyyə sektorunda maraqlarının təmin edilməsinə xidmət edir.
Vüsal Xəlilov həmçinin əlavə edib ki, Azərbaycanda bir neçə bank “Açıq bankçılığ”a çıxmağa hazırdır: “Artıq bir neçə bank tam şəkildə prodakşn mühitinə çıxmağa hazırdır. Digər banklar isə yaxın zamanda buna nail olacaqlar”.