Azərbaycanda hibrid və elektromobillərə ayrılan kreditlər kəskin artıb.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.
Zakir Nuriyev əlavə edib ki, Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilməsi sözügedən nəqliyyat vasitələri ilə bağlı kreditləşmənin artmasına təsir edib.