AZ

Yük avtomobilinin vurduğu qadın xəstəxanada VƏFAT ETDİ

Bu gün Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, saat 08 radələrində Rauf Şamilov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən 1978-ci il təvəllüdlü İradə Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə şəhər polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

Seçilən
17
8
bizim.media

9Mənbələr