AZ

Mikoplazma pnevmoniyasından qorunma üsulları  açıqlanıb

Mikoplazma Mikoplazma pnevmoniyasından qorunma üsulları

Sosial əlaqələrin məhdudlaşdırılması, otaqların havalandırılması, əllərin təmizliyi və maska taxılması mikoplazma pnevmoniyasına yoluxma riskini azaltmağa kömək edə bilər.

E-saglam.az bu barədə "Moskva 24"ə istinadla xəbər verir.

Rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib ki, mikoplazma pnevmoniyasına həm böyüklər, həm də uşaqlar yoluxa bilərlər.

"Simptomlar, əsasən, kəskin respirator virus infeksiyalarına (KRVİ) bənzəyir: yüngül hərarət, öskürək, ümumi zəiflik. Daha ağır hallarda isə təngnəfəslik, dərinin göyərməsi, daha güclü zəiflik və yüksək hərarət müşahidə edilə bilər", - deyə ekspert qeyd edib.

İmmunoloq vurğulayıb ki, mikoplazma pnevmoniyasından qoruyan peyvənd mövcud deyil. Lakin ümumi ehtiyat tədbirlərinə əməl etməklə yoluxma riskini azaltmaq mümkündür.

"Sosial əlaqələrin məhdudlaşdırılması, otaqların havalandırılması, əllərin təmizliyi və maska taxılması - bütün bu tədbirlər birlikdə effektiv işləyir. Bu yolla öz riskinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Yoluxma halları artdıqda isə yayılmanın qarşısını almaq üçün yerli karantin tədbirləri tətbiq olunur", - deyə o əlavə edib. (oxu.az)

E-saglam.az

Seçilən
301
2
e-saglam.az

10Mənbələr