AZ

Nəsimi rayonunda 3 dekabr- Beynəlxalq Əlillər günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

3 dekabr- Beynəlxalq Əlillər günü ilə əlaqədar Nəsimi rayonunda tədbir keçirilib.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 100-dən artıq əqli və fiziki cəhətdən qüsurlu uşaqlar və aztəminatlı ailələrin uşaqları iştirak edib.

Tədbirdə Nəsimi rayon İcra Hkimiyyətinin,Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, və sağlamlıq imkanları məhdud olan uşaqlar, valideynlər iştirak edib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, keçirilən tədbirlərin məqsədi əlilliyi olan şəxslərin hüquqlarını müdafiə etmək, onların cəmiyyətə tam və bərabər inteqrasiyasını təmin etməkdir. Bu günlə bağlı rayonumuzda müxtəlif tədbirlər, sərgilər və ictimai maarifləndirmə kompaniyaları təşkil olunur. Eyni zamanda əlillərin sosial müdafiəsi və reabilitasiya istiqamətində dövlət programları həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkədə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsayli lahiyələr həyata keçirir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev fondu bu sahədə bir çox təşəbbüslər irəli sürüb və sosial lahiyələr həyata keçirib. Belə ki, əlilliyi olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün evlərin tıkılməsi və təmir edilməsi, müasir reabilitasiya mərkəzlərinin yaradılması, maddi rifahların yüksəlməsi, müalicə olunması, maşınla təmin edilməsi, təqaüdlərin artırılması sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə son nəsil müasir protezlə təmin olunub.Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri, sərgilər də davamlı xarakter alıb. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı ildən-ilə daha da genişlənir.Bütün bu tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı fəal dövlət siyasətinin aparıldığını göstərir. Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar nəticəsində xüsusilə son illərdə bu sahədə ciddi irəliləyişlər əldə olunub, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2 dəfədən çox, müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.Onu da qeyd etməliyəm ki, fiziki qüsurlu uşaqlar üçün təşkil edilən satış yarmarkaları, onların istedadlarını, bacarıqlarını nümayiş etdirmək məqsədi daşıyır. Bu cür tədbirlər adətən uşaqların əl işlərinin, rəsmlərinin, suvenirlərinin və digər yaradıcılıq məhsullarının satışını təmin edir. Belə yarmarkaların məqsədləri, uşaqların yaradıcılığını dəstəkləmək, fiziki qüsurlu uşaqların yaradıcı potensialını cəmiyyətə tanıtmaq, onların özlərinə inamını artırmaq və uğur qazanmaq üçün motivasiya yaratmaqdır. Belə yarmarkalar həm uşaqların, həm də valideynlərinin həyatına müsbət təsir göstərərək onların gündəlik həyatına sevinc qatır. Bu tədbirlərdə bizlərdə iştirak edərək onlara öz dəstəyimizi göstərə bilərik. Sonda sağlam və sağlamlıq imkanları məhdud dərnək üzvləri tərəfindən bədii hissə nümayiş etdirilmiş, onların əl işlərindən ibarət satış-sərgisi təşkil olunmuşdur.


Seçilən
16
4
7news.az

5Mənbələr