AZ

Deputat: "Rusiya NATO razılaşmasını qəbul etməyəcək"

"Rusiya NATO ölkələrinin Ukraynadakı münaqişənin dayandırılması şərtləri ilə bağlı razılığını qəbul etməyəcək".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Krımdan olan deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev deyib.

Onun sözlərinə görə, Rusiyaya ikili və üçlü standartlara malik NATO sazişi yox, öz təhlükəsizliyi, prezident Vladimir Putinin qeyd etdiyi xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaq lazımdır:

"Rusiyaya müvəqqəti deyil, həmişəlik ən kiçik təhlükə və riskləri istisna edən təhlükəsizlik lazımdır. Stoltenberq Ukraynanın ərazilərin müvəqqəti olaraq verilməsi ilə bağlı sözləri ilə NATO-nun Rusiya ilə müharibəsini bir daha təsdiqləyib".

Gülşən Şərif


 

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr