AZ

HƏMAS və Fəth Qəzzanın idarə olunması ilə bağlı ilkin razılığa gəlib

İordan çayının qərb sahilini idarə edən Fələstinin Fəth və Qəzzada yerləşən HƏMAS nümayəndələri münaqişə bitdikdən sonra anklavı birgə idarə etmək barədə ilkin razılığa gəliblər. Tərəflər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək fələstinlilərə humanitar yardım göstərəcək komitə yaratmaq barədə razılıq əldə ediblər.

HİT.az xəbər verir ki, bu barədə AFP, "Associated Press" və "Al-Mayadeen" yazıb. 

Medianın saziş layihəsinə istinadla yazdığına görə, komitə iqtisadiyyat, təhsil, səhiyyə, humanitar yardım və Qəzza zolağının yenidən qurulması sahələrindəki məsələlərə cavabdeh olan 10-15 nəfərdən (Fələstin fraksiyaları ilə əlaqəsi olmayan) ibarət olacaq. Qurum əksəriyyəti Fəth üzvləri olan Fələstin Muxtariyyətinə tabe olacaq. Komitə Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsini də idarə edəcək.

HƏMAS sözçüsü AP-yə bildirib ki, tərəflər ümumi şərtlərlə bağlı razılığa gəliblər, lakin bəzi detallar, o cümlədən komitədə tam olaraq kimin oturacağı barədə razılığa gəlmək lazımdır. Müqavilə Fələstin prezidenti Mahmud Abbas tərəfindən təsdiqlənməlidir. Bunun üçün gün ərzində Fəth-in nümayəndə heyəti danışıqların növbəti mərhələsinin keçirildiyi Qahirədən Ramallaha (İordan çayının qərb sahilində yerləşən şəhər) qayıdacaq.

İsrail hərbi əməliyyatlar başa çatdıqdan sonra HƏMAS-ın Qəzza zolağında nəzarətə qayıtmasına qarşıdır. Fəth və HƏMAS arasında danışıqların ilk raundları, o cümlədən fevralda Moskvada keçirilən görüş konsensusa səbəb olmayıb. İyul ayında Pekində keçirilən danışıqlarda tərəflər vahid hökumətin formalaşdırılması üçün ilk addımlar barədə razılığa gəliblər.

Samir

Seçilən
17
1
hit.az

2Mənbələr