“Intel”şirkətinin baş direktoru Pat Gelzinger istefa verib.
KONKRET.az xəbər verir ki, o, 1979-cu ildən bu şirkətdə işləyir. 2021-ci ilin fevralından isə baş direktor vəzifəsini icra edib.
Bloomberg-in məlumatına görə, Gelsinger direktorlar şurasının qərarı ilə istefa verməyə məcbur olub. Onunla şirkətin idarə heyəti arasında ötən həftə kulminasiya nöqtəsinə çatan münaqişə baş verib. Mənbələrin agentliyə verdiyi məlumata görə, o zaman Gelsinger “Intel”in bazar payını bərpa etmək və NVIDIA ilə fərqi aradan qaldırmaq üçün davam edən səyləri müzakirə etmək üçün idarə heyəti ilə görüşüb.
Gelsinger “Intel”in dönüş proqramı çərçivəsində çip istehsalını genişləndirmək və yeni istehsal kompleksləri qurmaq niyyətində idi. Bununla belə, onun dövründə şirkətin məhsulları rəqabət qabiliyyətini itirib. Direktorlar şurası hesab edir ki, bu, Gelsingerin Intel-i konkret şirkətlər üçün xüsusi çiplər istehsalçısına çevirmək istəyi ilə bağlıdır.
Intel üçün başqa bir problem onun süni intellekt emal texnologiyasıdır. Nəşr qeyd edir ki, bu sahədə NVIDIA üstünlük təşkil edir, ona on milyardlarla dollar gəlir ki, bu da bir vaxtlar Intel-ə gedə bilərdi. Bloomberg qeyd edir ki, NVIDIA 3,4 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ən dəyərli şirkəti halına gəlsə də, Intel yeni məhsulları ilə geniş miqyasda bazara daxil ola bilməz.
“Intel”in vitse-prezidenti və baş maliyyə direktoru David Zinsner və Intel Məhsullar Departamentinin rəhbəri Mişel Conston Holthaus müvəqqəti icraçı direktor vəzifəsində çalışacaqlar.
Həmçinin idarə heyətinin müstəqil sədri postunu tutan Frenk Yerri “Intel”in direktorlar şurasının müvəqqəti icraçı sədri olacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az