AZ

"Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji əhəmiyyətini daha da artıracaq" - Millət vəkili

"Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi  olan 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanata  əsasən  Ağdam, Kəlbəcər və Laçın rayonları  bir güllə atılmadan belə  ölkəmizə qaytarıldı.  Dövlətimizin başçısı İlham Əliyev  1 dekabr 2020-ci il tarixdə Laçın rayonunun azad edilməsi müjdəsini xalqa çatdırarkən “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” fikirlərinin davamı olaraq belə bir əminliyi də ifadə etdi ki,  ölkəmiz üçün yeni dövr başlayır".

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Unikal"a açıqlamasında deyib.

Millət vəkili vurğulayıb ki,  Azərbaycan hər zaman qarşısına qoyduğu hədəfərə doğru inamla irəliləyir və buna yüksək səviyyədə nail olur:

"Ermənilərin vəhşiliklərinə, vandallıqlarına rəğmən biz Laçına qayıtdıq. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi məhz həmin ilin 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda böyük bərpa-quruculuq işlərinin reallaşdırılması ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir.  Laçın rayonunun Zabux və Sus kəndləri də  sakinlərinə qovuşan ərazilərimiz sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Laçın rayonuna  hər bir səfəri  Böyük Qayıdış Proqramının sürətlənməsinə xidmət edən mühüm addımlarla zəngindir. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu mühüm addım  Laçının strateji əhəmiyyətinin təqdimatında əhəmiyyətli rol oynayır. Qısa müddətdə görülən işlərin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının böyüklüyünü, xalqımızın necə qurucu xalq olduğunu aydın şəkildə görə bilərik. Onu da qeyd edək ki, 2023-cü il Azərbaycanın tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ili kimi yazıldı. Belə ki, həmin ilin  aprelin 23-də Laçın  rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Azərbaycanın bu mühüm addımı da  beynəlxalq hüquqa əsaslanır".

Seçilən
76
50
unikal.az

10Mənbələr