AZ

Estoniya və Litvanın səfirləri Gürcüstan XİN-ə çağırıldı

Gürcüstan Xarici İşlər Nazirliyi Estoniya və Litvanın səfirlərini, eləcə də Latviyanın müvəqqəti işlər vəkilini danışıqlara çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüşdə üç ölkənin Gürcüstanın hökumət rəhbərlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı bəyanatlar verməsindən narahatlıq ifadə olunub. Qeyd olunub ki, bu addım ölkələr arasında tərəfdaşlıq münasibətləri çərçivəsinə uyğun gəlmir", - deyə Gürcüstanın diplomatik xidməti qeyd edib.

Gülayə Mecid 

Seçilən
40
50
unikal.az

10Mənbələr