Azərbaycanda cari ilin 10 ayı üzrə işçilərin dələduzluğunun könüllü sığortası üzrə yığımların həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 86 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 174 min manat və ya 3 dəfə azdır.
2023-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 259 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb.