EN

İşçilərin dələduzluğunun könüllü sığortasına maraq - KƏSKİN AZALIB

 Azərbaycanda cari ilin 10 ayı üzrə işçilərin dələduzluğunun könüllü sığortası üzrə yığımların həcmi məlum olub.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 86 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 174 min manat və ya 3 dəfə azdır.

2023-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 259 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri olmayıb.

Chosen
20
fed.az

1Sources