AZ

Onlar 100 yaşında evlənərək Ginnesin Rekordlar Kitabına düşüblər




ABŞ-da qocalar evində tanış olub evlənən Marjorie Fiterman (102) və Bernie Littman (100) "ən yaşlı evli cütlük" kimi Ginnesin Rekordlar Kitabına düşüb.

ABŞ-ın Filadelfiya şəhərində qocalar evində tanış olan Marjorie Fiterman (102) və Bernie Littman (100) 9 illik münasibətlərindən sonra mayın 19-da evləniblər. Cütlük "ən yaşlı evli cütlük" kimi Ginnesin Rekordlar Kitabına düşüb. Guinness tərəfindən edilən açıqlamada, "9 illik münasibətlərindən sonra mayın 19-da evlənən cütlük, cəmi 202 yaş 271 gün olan ən yaşlı evli cütlük oldu" ifadələri işlədilib.

Keçmiş həyat yoldaşlarını itirdikdən sonra bir araya gələn cütlük tanış olduqları qocalar evində toy mərasimi keçirib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
98
10
aia.az

10Mənbələr