AZ

Rusiya donanması Suriyadakı gərginlik fonunda hərbi təlimlər keçirir

Rusiya Silahlı Qüvvələri Suriyada üsyançıların davam edən hücumu fonunda Aralıq dənizinin şərqində təlimlər keçirir.

Sherg.az Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, təlimlərə 1000-dən çox hərbi qulluqçu, “Bastion” sahil raket kompleksləri, 10 döyüş gəmisi və yardımçı gəmilər, həmçinin MiQ-31 I “Kinjal” raketdaşıyıcıları da daxil olmaqla 24 təyyarə cəlb olunub.

Təlimlər zamanı “Admiral Qorşkov” sinifli “Admiral Qorşkov” və “Admiral Qolovko” freqatları “Zirkon” qanadlı raketlərinin buraxılışını həyata keçirib, “Novorossiysk” təkmilləşdirilmiş Kilo sinifli dizel-elektrik sualtı qayığı isə “Kalibr” qanadlı raketini buraxıb.
Seçilən
21
10
sherg.az

10Mənbələr