AZ

"Hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi" - Elmar Baxşıyev

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev ölkə kubokunun 1/8 finalında "Mingəçevir"i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o deyib:

"Hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidi".

Mütəxəssis qarşıdakı oyun haqda da söz açıb:

"Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız "Səbail"lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik".
Seçilən
8
3
football-plus.az

3Mənbələr