AZ

Portuqaliyaya xam neft məhsullarının ixracı ilə bağlı göstəricilər açıqlanıb

Fins.az - Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Portuqaliyaya 631,1 milyon ABŞ dolları dəyərində 1 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 2,6 dəfə və ya 388,5 milyon dollar, həcm baxımından isə 2,7 dəfə və ya 638,5 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 12,76 milyard dollar dəyərində 20,57 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Portuqaliya 6-cı yerdə qərarlaşıb və ixrac həcminin 4,88 faizi məhz bu ölkənin payına düşüb.

Seçilən
25
4
fins.az

10Mənbələr