AZ

Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olundu

Cənubi Koreyada elan edilmiş fövqəladə hərbi vəziyyət rejimi ləğv olunub.

Bizim.Media xəbər verir ki, dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində məsələ səsverməyə çıxarılıb və Prezident Yun Sok Yoldan hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib.

Cənubi Koreyanın konstitusiyasına əsasən əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır.

Parlamentin qərarından sonra Prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması barədə razılıq əldə olunub.

Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu geri çəkilib. Beləliklə, Cənubi Koreyada təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi başa çatıb.


Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan edib.


Bizim.Media

Seçilən
11
10
bizim.media

10Mənbələr