Dekabrın 3-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadi ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.