AZ

Cənubi Koreya prezidenti dövlətə xəyanətdə ittiham olunur

Cənubi Koreya prezidenti Yoon Suk Yeol qısa müddətli hərbi vəziyyətin tətbiqi cəhdindən sonra impiçment və ya dövlətə xəyanət ittihamı ilə üzləşib.

"Yonhap" İnformasiya Agentliyinə istinadən xəbər verilir ki, bubarədə ölkənin əsas müxalifət partiyası qərar qəbul edib.

Qeyd edək ki, ötən günYoon Suk Yol ölkədə yaranmış gərgin hərbi-siyasi vəziyyət fonunda hərbi vəziyyət elan edib. Bu qərar müxalifətin və xalqın təzyiqləri nəticəsində ləğv olunub.

"Yoonun tələsik hərəkəti Cənubi Koreyanı siyasi xaosa sürüklədi və onun siyasi taleyini təhlükə altına qoydu, çünki müxalifət deputatları onun vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə tələb edirdilər. Ana müxalifətdəki Demokratik Partiya (DP) Yoona, eləcə də onun müdafiə və daxili işlər nazirlərinə qarşı vətənə xəyanət ittihamı irəli sürəcəyini və onları hərəkətə görə məsuliyyətə cəlb etmək üçün impiçment elan edəcəyini bildirib.

Parlamentin baş katibinin sözlərinə görə, Yoonun gecə saatlarında televiziyada verdiyi açıqlamadan sonra 280-ə yaxın hərbi vəziyyət əsgəri Milli Assambleyaya soxulub və polis məmurları onun girişini bağlayıb", - agentlik qeyd edib.

Gülayə Mecid


Mənbə: unikal.az

Seçilən
3
1
unikal.az

6Mənbələr