AZ

Alman qoşunları Ukraynada sülhün təmin olunmasında iştirak edə bilər - XİN rəhbəri

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, alman ordusu Ukraynada sülhün qorunmasında iştirak edə bilər.

Bu barədə Qaynarinfo "Berliner-Zeitung”a istinadən xəbər verir.

Onun sözlərinə görə, bu, Ukrayna ilə Rusiya arasında atəşkəs əldə olunarsa, mümkündür.

Qeyd olunur ki, bu məsələ NATO-nun Brüsseldə keçirilən toplantısı zamanı qaldırılıb. Berbok vurğulayıb ki, Almaniya uzunmüddətli sülhə töhfə verən bütün təşəbbüsləri, o cümlədən təhlükəsizlik zəmanətləri, beynəlxalq sülhməramlı missiyalar və ya Ukraynaya artan hərbi yardımı dəstəkləməyə hazırdır.

Onun sözlərinə görə, alman əsgərlərinin mövcudluğu yalnız həqiqi barışıq əldə olunarsa mümkün olacaq.

Nizami Bağırov
Seçilən
1
qaynarinfo.az

1Mənbələr