Aktual.az xəbər verir ki, bu barədə Trend Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.
Belə ki, Şərur rayonu "Arpaçay” çınqıl-qum qarışığı yatağı hərraca çıxarılır.
4 hektar ərazini əhatə edən və 200000 kub metr həcmində olan yatağın istismar müddəti 10 il nəzərdə tutulub.
Hərracın başlanğıc qiyməti 18000 manat, 10% beh məbləği isə 1800 manat təşkil edir.
Məlumata görə, hərrac 21 yanvar 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək. Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.