AZ

Fitch Solutions: "Azərbaycanda qarşıdakı 10 ildə inflyasiya 5% civarında olacaq"

"Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5,5% təşkil edib və biz inflyasiyanın 2033-cü ilə kimi 10 illik proqnoz dövrü ərzində orta hesabla 5,0% olacağını gözləyirik".

Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

    Qeyd edilib ki, ərzaq qiymətlərinin artması və Rusiya-Ukrayna müharibəsi səbəbindən inflyasiya tarixi yüksək həddə çatmışdı. Bu isə Azərbaycan üçün tədarük zəncirinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb oldu. Qarşıdakı illərdə isə qiymətlərin tədricən azalacağı gözlənilir: "Biz bunun yerli valyutada hər hansı ciddi stressə səbəb olacağını gözləmirik. Bu dövrdə məzənnənin əsasən sabit qalacağına dair fikirlərimizi nəzərə alaraq, inflyasiyanın uzunmüddətli dövrdə yenidən trendə dönəcəyini proqnozlaşdırırıq".

    Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya hədəfi hazırda 2,0-6,0% təşkil edir və AMB ilk növbədə məzənnəyə nəzarət vasitəsilə qiymət sabitliyini təmin edir: "Biz hesab edirik ki, hazırda AMB inflyasiyanı 2015-ci ildə manatın devalvasiyasından sonra (qlobal neft qiymətlərinin çökməsindən sonra) daha yaxşı idarə edir. Bununla belə, qeyd etmək lazımdır ki, iqtisadiyyatın hələ də yüksək dollarlaşma səviyyəsi (bank əmanətlərinin 48.4%-i xarici valyuta ilə denominasiya olunub) pul siyasətinin ötürücülüyünün daha az effektiv olmasına səbəb olur və nəticədə inflyasiya qalıcı ola bilər."

    Ən sərfəli kredit üçün müraciət et

    Seçilən
    19
    6
    banco.az

    7Mənbələr