İspaniya təmsilçisi \"Real\" (Madrid) qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalamağı düşünür.
32 yaşlı belçikalı qolkiper də bunun tərəfdarıdır.
Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, T.Kurtua cari mövsüm La Liqada keçirdiyi 11 oyunda 7 qol buraxıb.