AZ

Tbilisidə etirazçılar Rustaveli prospektində toplaşır

Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.

APA xəbər verir ki, toplananların Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırdığı bildirilir.

Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.

Gürcüstan hökumətinin qərarından narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.

"Cebheinfo.az"

Seçilən
14
10
cebheinfo.az

10Mənbələr