Polşanın Poznan şəhərindəki Milli Muzey öz kolleksiyasında nasist Almaniyasının diktatoru Adolf Hitlerin şəxsi ştandartını aşkar edib.
Bu barədə RAR agentliyi məlumat yayıb.
Artefakt sənət tarixçisi Aleksandra Paradovskaya tərəfindən müəyyən edilib. Etalon qızıl tikmə ilə bəzədilmiş metrin metrə ölçüdə kətandan ibarətdır: mərkəzdə palıd yarpaqları ilə haşiyələnmiş svastika, künclərdə isə qartal təsvirləri var. Polşalı ekspertlər hesab edirlər ki, bu, Hitler üçün xüsusi olaraq yaradılmış ştandart ola bilər.
Muzeyin sözçüsü Pavel Oses qeyd edibki, tapıntının sonrakı tədqiqi planlaşdırılmır, amma maraqlanan şəxslər və ya təşkilatlar banneri görmək istəsələr, obyektə girişi təmin ediləcək.
Paradovskaya bu artefaktla Almaniyanın işğalı illərində memarlıq və həyata həsr olunmuş “Hər şeyə qadirlik illüziyaları” sərgisi üçün eksponatlar axtararkən rast gəlib. Sənətşünas əvvəlcə ştandartın 1943-cü ilin oktyabrında Poznanda yəhudilərin məhv edilməsindən açıq şəkildə danışdığı Reyxsfürer SS Heinrich Himmlerə aid olduğunu güman edirdi. Lakin materialın öyrənilməsi zamanı Himmlerin fərqli bannerdən istifadə etdiyi məlum olub. Paradovskaya tapılan artefaktın Hitlerə aid olduğu qənaətinə gəlib.//publika