İranın qərbində, İraqla sərhəd yaxınlığında 5,6 və 4.9 bal gücündə zəlzələ qeydə alınıb.Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti Mərkəzi (USGS) məlumat yayıb.5,6 bal (Saat 08:02) və 4.9 bal (saat 08:02) qeydə alınan yeraltı təkanların episentri təxminən 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı isə yerin 10 kilometr dərinliyində olub.Hələ ki, insan tələfatı və dağıntılarla məlumat yoxdur.