AZ

Türkiyənin 30 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

Bakı, TurkicWorld

Türkiyədə son 10 gündə 30 vilayətdə PKK terror təşkilatına qarşı “GÜRZ-28” əməliyyatları keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

30 vilayətdə PKK/KCK-PYD/YPG terror təşkilatlarına qarşı həyata keçirilən "GÜRZ-27" əməliyyatlarında terror təşkilatı üzvü olduğu düşünülən 147 şübhəli ələ keçirilib.

Yerlikaya açıqlamasında “Terror təşkilatı üzvü olmaqda şübhəli bilinən 147 nəfər tutuldu.40 ildir qardaşlığımıza pusqu quran, millətimizin birliyini, həmrəyliyini təhdid edən separatçı terror təşkilatını bu torpaqlardan yox edirik. “Terrora qarşı mübarizə” bizim qırmızı xəttimizdir.”- deyə bildirib.

Eyni zaman da “Yaxalanan şübhəli terror təşkilatı üzvləri; Onlara qarşı terror təşkilatı tərkibində fəaliyyət göstərmək, terror təşkilatının gənclər strukturuna daxil olmaq, terror təşkilatını maliyyələşdirmək və sosial media hesabları vasitəsilə terror təşkilatının təbliğatını aparmaq kimi cinayətlərə görə prokurorluğumuz tərəfindən istintaq başlayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində sənədsiz tapança və ov tüfəngləri, narkotik vasitələr, təşkilati sənədlər və rəqəmsal materiallar götürülüb.”- deyə Yerlikaya vurğulayıb.

Seçilən
11
12
turkic.world

10Mənbələr