AZ

Danimarka Ukraynanın enerji sektoruna 6,36 milyon dollar ayırıb

Danimarka Ukraynanın enerji sektoruna 6,36 milyon dollar ayırıb

Danimarka hökuməti Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 45 milyon kron (6,36 milyon dollar) ayırıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kiyevə səfəri zamanı Avropa İttifaqı ilə əlaqələr naziri Mari Bjerre bildirib."Vəsait Ukraynanın dağılmış infrastrukturunun təmiri və dəyişdirilməsinə sərf olunacaq", - deyə onun açıqlamasında qeyd edilir.Nazir və Avropa Parlamentinin dörd Danimarkalı nümayəndəsi Aİ-yə üzvlük yolunda islahatlar prosesini dəstəkləmək üçün Ukraynaya səfər edib. Onlar Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina, o cümlədən Ukrayna parlamentinin sədri və onun Aİ-yə inteqrasiya komitəsinin üzvləri ilə görüşüblər. Danimarka hökumətinin nümayəndəsi həmçinin Ukraynalı gənclərlə Ukraynanın Aİ-yə getdiyi yol haqqında fikir mübadiləsi aparıb və vətəndaş cəmiyyəti təşkilatları və antikorrupsiya ekspertləri ilə bu yoldakı problemləri müzakirə edib.

Seçilən
29
50
afn.az

10Mənbələr