AZ

Bu il Qazaxıstanda 4 terror aktına hazırlığın qarşısı alınıb

Qazaxıstanda ilin əvvəlindən dörd terror aktına hazırlığın qarşısı alınıb. 

HİT.az Qazaxıstan prezidentinin mətbuat xidmətinin "Telegram" kanalına istinadən xəbər ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Ermek Saqimbayev prezident Kasım-Jomart Tokayevə məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, Saqimbayev bu ilin əvvəlindən idarənin fəaliyyətinin əsas yekunları barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

"Milli təhlükəsizlik orqanları dörd terror aktının hazırlanmasının qarşısını alıb. 84 nəfər terrorçuluq və ekstremizmdə iştiraka görə məhkum edilib, 44 nəfər saxlanılıb", deyə qeyd edilir.

Saqimbayev əlavə edib ki, terror cinayətləri törətməkdə şübhəli bilinərək axtarışda olan 6 qazaxıstanlı Suriya və Türkiyədən ekstradisiya edilib. Hazırda onlardan ikisi məhkumdur.

Digər məsələlərlə yanaşı, terrorçuluq və ekstremizmlə məşğul olan 824 əcnəbinin Qazaxıstana daxil olmaq cəhdinin qarşısı alınıb.

Noyabrın 25-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşlarının cəzaçəkmə müəssisəsində terror aktı hazırlayan şübhəlini və onun əlbirlərini saxladığı bildirilib.

Samir
 

Seçilən
20
1
hit.az

6Mənbələr