AZ

Qazaxıstanda dörd terror aktı planlaşdırılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları 4 terror aktının hazırlanmasının qarşısını alıblar.

Oxu24.com xəbər verir ki, Bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Saqimbayevlə görüşündən sonra mətbuat xidmətində məlumat verilib.

Hesabatda qeyd olunduğu kimi, bu il terrorizm və ekstremizmdə iştiraka görə 84 nəfər də məhkum olunub: “Terror xarakterli cinayətlər törətməkdə şübhəli bilinərək axtarışda olan 6 Qazaxıstan vətəndaşı Suriya və Türkiyədən ekstradisiya edilib, onlardan ikisi məhkum olunub. Terrorizm və ekstremizmlə məşğul olan 824 əcnəbinin Qazaxıstana daxil olmaq cəhdinin qarşısı alınıb”.

 

Miri

Seçilən
20
4
oxu24.com

6Mənbələr