AZ

"İşçilərin hər altı aydan bir həkim müayinəsindən keçib-keçmədiyi sual altındadır" — AÇIQLAMA

Ölkəmizdə ən çox narazılıq doğuran xidmət sahələrindən biri restoranlardır. Restoran şəbəkələrində olan problemlər haqqında qida müətəxəssisi Ağa Salamov danışıb. 

O, Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, ölkəmizdə fəaliyyət göstərən restoran sistemləri arasında otellər nisbətən qənaətbəxşdir:

“Otellərin də hamısına yaxşı demək olmaz. Ümumi sistemdə gigiyena, avandanlığın təşkili, işıqlandırma, kanalizasiya məsələsində çatışmazlıqlar çoxdur.Təbii ki, ən başda gigiyena problemi gəlir. Emal prosesində ət hansı şəraitdə saxlanmalıdır, temperatur necə olmalıdır, hansı bıçaqla kəsilməlidir, hansı taxtada doğranmalıdır bilmirlər. Restoranlarda belə acınacaqlı vəziyyət mövcuddur”. 

O qeyd edib ki, problem isti, soyuq, şirniyyat kimi qida məhsulları üçün də keçərlidir:

“İşçilərin hər altı aydan bir həkim müayinəsindən keçib-keçmədiyi sual altındadır. 

İşçinin hansı xəstəliyin daşıyıcısı olduğu bəlli deyil. Hepatit, ağciyər xəstəliyinin olub-olmadığı bilinmir. İşçilər üçün bu müayinələr vacibdir. Təəssüf ki, restoranlar buna əməl etmir. Azərbaycanda qrup yaradılmalıdır.

AQTA mütamadi olaraq monitorinqlər aparsa da, sahibkarların və işçilərin üzərinə böyük məsuliyyət düşür. Hər müəssisənin özünün qida təhlükəsizliyi bilgilərinə sahib olan işçisi olmalıdır.

Seçilən
19
1
turanpress.com

2Mənbələr