AZ

Kallas Maltada Lavrovla təmaslar planlaşdırmır

Aİ diplomatiyasının rəhbəri Kaja Kallas ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Maltada keçirilən iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş planlaşdırmır.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anitta Hipper bildirib.

 

O xatırladıb ki, 2022-ci ilin fevralında Avropa İttifaqı nazirə qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda, Lavrovun Aİ ərazisinə səfəri qadağan edilmir.

Dekabrın 5-nə keçən gecə Rusiya diplomatik departamentinin rəhbəri Maltaya gəlib və burada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib. Lavrov qurumun iclasında çıxışı zamanı ATƏT-in faydasız olduğunu bəyan edib.

ATƏT-in Nazirlər Şurası təşkilatın əsas rəhbər orqanıdır və ənənəvi olaraq dekabrın ilk həftəsində keçirilir. Səfər çərçivəsində Lavrov həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Bundan əvvəl Lavrov Szijarto ilə qapalı görüş keçirib.

 

Miri

 

Seçilən
34
oxu24.com

1Mənbələr