AZ

“Hazırda pis mövqedəyik, amma hər şeyi özümüz düzəldəcəyik” - Kantariya

Premyer-liqanın 15-ci turunda “Şamaxı” “doğma divarlar” önündə “Kəpəz”ə məğlub oldu.

“Şirlər” ardıcıl 8-ci oyundu qələbə qazana bilmir. İndiki durumun komandada necə gərginlik yaratdığını stadionda gördük. Sona yaxın Georgi Kantariya ilə “sarı-göylər”in futbolçusu Nicat Süleymanov arasında gərginlik yaşandı.

Gürcü futbolçu “Football-plus.az”a açıqlamasında həm sabiq komandasına qarşı oyununa, həm də son nəticələrə münasibət bildirdi:

“Çətin oyun olacağını bilirdik. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Təəssüf ki, imkanları qola çevirə bilmədik. Səhvlərimiz ucbatından qol buraxdıq. Aramızda gərginlik emosiyalara görə oldu. Son dəqiqələr idi. Bəzən futbolda belə şeylər olur. Mövsüm bizim üçün yaxşı başladı. Hazırda pis mövqedəyik, amma hər şeyi özümüz düzəldəcəyik. Əsas odu ki, sona qədər mübarizə aparaq. Bundan sonra səhvlərimizi görüb hər şeyi düzəldə bilərik”.

RÖYANƏ OĞUZ
Seçilən
51
football-plus.az

1Mənbələr