Tanınmış şair Şəhriyar del Gerani Azərbaycan Yazıçılar Birliyindən (AYB) və üzv olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şair sosial şəbəkədəki paylaşımında bildirib.
Xəbəri “YAP-dan istefa və ya Bioqrafiya şeiri” adı ilə paylaşan Şəhriyar del Gerani giley-güzar da edib.
Şeirdə ailə vəziyyəti barədə məlumat verən şair 19 ildir ki, Bakıda kirayələrdə qaldığını vurğulayıb.
“Kirayədə yaşayıram 19 ildir.
Küçədə yaşamıram
şükür,
amma
evim də yoxdur”, - deyə o qeyd edib.
Daha sonra o, istefa verdiyini qeyd edib:
“Bu şeirlə çıxıram -
Azərbaycan Yazıçılar Birliyindən! - dən.
Çıxıram
Yeni Azərbaycan Partiyası üzvlüyündən! - dən”.