Zlatan İbrahimoviç maraqlı açıqlama ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, İsveçli futbol əfsanəsi Almaniya futbolundan və "Bavariya"dan danışıb:
"Bu ölkədə futbol əladır. Yerli stadionları bəyənirəm, çünki onlar həmişə gözəl görsənib. "Bayern" kimi bir klubda oynamaq, əlbəttə ki, klubun tarixinə və oyunçularına görə gözəl olardı. Mənim üçün bu komanda dünyanın ən böyük beş klubundan biridir. Mən Almaniya futboluna və milli komandaya heyranam. Onların mənə imkanı yox idi (gülür). Amma zarafat bir yana, heç vaxt ora keçmək imkanım olmayıb. Əla olardı, amma taleyin mənim üçün başqa planları var idi”.