AZ

"Turan Tovuz"un müdafiəçisi: "Premyer Liqadakı üçüncü pilləni qorumaq asan olmayacaq"

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına açıqlama verib.

Tovuz təmsilçisinin aparıcı üzvü komandasının "Sabah"la ölkə kubokunun 1/8 final mərhələsinin görüşündə penaltilər seriyasında uğursuz olmalarını şərh edib:

"Sabah"la görüşdə mərhələ adlamağı çox istəyirdik. Matçdan əvvəl məşqlərdə penaltilərə də hazırlaşmışdıq. Penaltilər lotoreyadır da. Onlar bizdən daha yaxşı istifadə etdilər və qalib gəldilər. 120 dəqiqə iki komanda üçün də ağır keçdi. Sona az qalmış hesabı qoruyub-saxlaya bilmədik. Bizi ən çox uzən anlardan biri də budur. Həm "Sabah", həm də "Turan Tovuz" qalib gələ bilərdi. Sadəcə dediyim kimi, penaltidən onlar düzgün istifadə etdilər, mərhələ adladılar. Özümüz də hər iki cəbhədə mübarizə aparmaq istəyirdik. Amma olmadı. Bundan sonra çempionata maksimum konsentrasiya ilə hazırlaşmalıyıq. "Sabah"a qarşı həmişə oynamaq maraqlı olur. Hazırda Premyer Liqada üçüncü pillədəyik. Bu mövqeyi qorumaq elə də asan olmayacaq. Ancaq biz bunun üçün çalışacağıq və döyüşcəyik. Ki, sonda hər şey istədiyimiz kimi bitsin".

saytlarin hazirlanmasi

Seçilən
37
sportal.az

1Mənbələr