AZ

Rumıniyaya xam neft məhsullarının ixracı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rumıniyaya 350,7 milyon ABŞ dolları dəyərində 585,6 min ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 7,4 faiz və ya 24,1 milyon dollar, həcm baxımından isə 10,1 faiz və ya 53,5 min ton üstələyir.

Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 12,76 milyard dollar dəyərində 20,57 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 9-cu yerdə qərarlaşıb və ixrac həcminin 2,84 faizi məhz bu ölkənin payına düşüb.

Seçilən
37
4
vergiler.az

10Mənbələr