AZ

Ekvador yığmasının sabiq üzvü qaçırıldı, 3 gün əsir saxlanıldı

Ekvador yığmasının keçmiş, yerli “Delfin”in müdafiəçisi Pedro Perlasa bədniyyətlər tərəfindən qaçırılaraq bir neçə gün əsir saxlanılıb.

Arena.az bu barədə “El Comercio” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Perlasa və onun dostu Ekvadorun şimal-qərbində yerləşən Esmeraldas şəhərində oğurlanıb. Bədxahlar 80 min dollar fidyə haqqı tələb ediblər.

Bildirilir ki, axtarış-xilasetmə əməliyyatı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları adam oğrularının izinə düşüb və cinayətkarlarla qarşıdurma yaşayıblar. Nəticədə cinayətkarlar qaçıb aradan çıxmağa üstünlük veriblər. Futbolçu və dostu azad edilərək, sərbəst buraxılıblar. Onların üç gün əsirlikdə qaldığı vurğulanır.

Seçilən
78
arena.az

1Mənbələr