AZ

Rusiya Belarusda “Oreşnik” yerləşdirəcək? - Peskov AÇIQLADI

Peskov “Oreşnik”in Belarusda yerləşdirilməsi ilə bağlı sualları cavablandırıb.

 

Sfera.az bildirir ki, Rusiya liderinin mətbuat katibinə “Minsk xahiş edəcəyi təqdirdə Rusiya Federasiyası Belarusda “Oreşnik”in yerləşdirilməsinə razı olacaqmı?”, sualı ünvanlanıb.

 

“Lazım gələrsə, Belarusun Rusiyanın “Oreşnik” orta mənzilli raket kompleksini qəbul edib-etməməsi ilə bağlı qərarı yalnız iki ölkənin prezidentləri verə bilər”, - Peskov qeyd edib.

 

O bildirib ki, belə qərarlar milli təhlükəsizlik mülahizələri rəhbər tutaraq qəbul edilir.

 

Günay 
 

Seçilən
56
50
sfera.az

10Mənbələr