AZ

Səfir sanksiyaların Rusiyanın Türkiyə ilə münasibətlərinə təsirindən danışıb

Türkiyənin kredit təşkilatlarının Qərb ölkələrinin məhdudiyyətlərinə uyğunlaşması Moskva ilə Ankara arasında, o cümlədən turizm sahəsində əməkdaşlığa mənfi təsir göstərir.

Oxu24.com xəbər verir  ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov RİA Novosti agentliyinə müsahibəsində deyib.

Agentliyin xatırladığı kimi, çərşənbə günü Türkiyənin “Ekonomim” qəzeti rusiyalı turistlərin Türkiyədə kurort mehmanxanalarının erkən bronlaşdırılmasının dayandırılması barədə yazıb. Buna səbəb ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalar olub.

“Vəziyyət öz sözünü deyir. Türkiyənin bank sisteminin qeyri-qanuni Qərb sanksiyalarına uyğunlaşması təbii olaraq bizim əməkdaşlığımıza, o cümlədən turizm sahəsindəki əməkdaşlığımıza ziyan vurur”, - diplomat bildirib.

Bir gün əvvəl RİA Novosti ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyaların rusiyalı turistlərin Türkiyəyə səyahətə marağının azalmasına səbəb olduğunu yazmışdı. Məsələ burasındadır ki, məhdudiyyətlərin tətbiqindən sonra Türkiyədə Qazprombank UnionPay kartlarından istifadə qeyri-mümkün olub.

Daha əvvəl səyahət ekspertləri Yeni il tətilləri üçün ən büdcəli xarici kurortların adını çəkiblər.

 

Nigar

 

Seçilən
78
46
oxu24.com

10Mənbələr