AZ

Papikyanın ABŞ səfəri: İrəvan hökuməti Ağ Evlə əlaqələri saxlamaqda maraqlıdır

Ermənistanın müdafiə naziri Suren Papikyan və onun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-yə rəsmi səfərə yollanıb.

Ermənistan Müdafiə Nazirliyi səfər barədə məlumat versə də, detalları açıqlamayıb. Ekspertlərə görə, Papikyanın ABŞ-yə səfərinin məqsədi iki ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək, Vaşinqtonun İrəvana hərbi-siyasi dəstəyini artırmaqdır.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın müdafiə nazirinin ABŞ-yə səfəri mövcud vəziyyət və Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlıdır.

Ekspert vurğulayıb ki, ABŞ-də hakimiyyət dəyişikliyi baş verəcək və gələn ilin yanvarın sonundan Donald Tramp hökuməti fəaliyyətə başlayacaq:

"İrəvan ABŞ-nin yeni hökumətlə münasibətlərin qurulmasına önəm verir. Səfərin detalları açıqlanmasa da, Papikyanın Vaşinqtona səfərinin məqsədi ABŞ ilə Ermənistan arasında müdafiə və hərbi sahədə əməkdaşlığı dərinləşdirməkdir. Məqsəd ABŞ-dən daha çox hərbi yardım, dəstək almaqdır”.

Samir Hümbətov: Papikyanın ABŞ-yə səfəri Cənubi Qafqazda baş verən proseslərlə bağlıdır

Müsahibimiz qeyd edib ki, İrəvan hökuməti indiki halda Ağ Evlə əlaqələri yüksək səviyyədə saxlamaqda maraqlıdır:

“Ermənistan müdafiə nazirinin səfəri də bundan xəbər verir".

Aydın Baxış

Seçilən
18
46
bakivaxti.az

10Mənbələr