AZ

İran, İraq və Suriyanın XİN başçıları birgə bəyanat verdi –"Ciddi təhlükə yaranır"

Müxalifət qüvvələrin Suriyada irəliləməsi İran, İraq və Suriyanın özü üçün ciddi təhlükə yaradır.

Azpost.info CNN-ə istinadən bildirir ki, bu barədə üç ölkənin xarici işlər nazirləri birgə bəyanatlarında bildiriblər.

İraqın xarici işlər naziri Fuad Hüseyn, İranın xarici işlər naziri Abbas Əraqçi və Suriyanın xarici işlər naziri Bassam əs-Sabah cümə günü Bağdadda üsyançıların davam edən hücumu fonunda Suriyadakı böhranı müzakirə etmək üçün üçtərəfli görüş keçiriblər.

Üç ölkə Suriya müxalifətinin silahlı qüvvələrini “terrorçular” adlandıraraq, onlara qarşı birgə fəaliyyətə ehtiyac olduğunu vurğulayıblar.

Nazirlər həmçinin İsrailin Suriyaya, eləcə də Qəzza zolağına və Livana davam edən hücumlarını pisləyiblər”, – deyə birgə bəyanatda bildirilir.

“Bölgədə eskalasiyanın bütün risklərini aradan qaldırmaq üçün səyləri koordinasiya etmək, əməkdaşlıq və diplomatik məsləhətləşmələri davam etdirməkdən başqa seçim yoxdur”, – deyə onlar əlavə ediblər.

Nazirlər həmçinin ümumilikdə regionun, xüsusən də Suriyanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə nail olmaq üçün bütün ərəb, regional və beynəlxalq səyləri səfərbər etməyin zəruriliyini vurğulayıblar.

Seçilən
31
26
azpost.info

10Mənbələr