Noyabrın 27-dən Suriyada irəliləyən, Hələb və Həmanı Əsəd rejimindən alan müxalifət Homs şəhər mərkəzinə də daxil olub.
Turkustan.az xəbər verir ki, Dera əyalətinin mərkəzi rejim qüvvələri ilə toqquşan müxalif qrupların nəzarətinə keçib.
Ölkənin cənubundakı Dera əyalətində rejim qüvvələrinə qarşı hərəkətə keçən hərbi müxaliflər kənd yerlərində bir çox yaşayış məntəqəsi və hərbi məntəqələri ələ keçirərək irəliləyib. Şiddətli toqquşmalardan sonra müxalif qruplar əyalət mərkəzinə nəzarəti rejim qüvvələrinin əlindən alıb.
Ağ Evin sözçüsü Karine Jean-Pierre, Suriyadakı son hadisələri yaxından izlədiklərini ifadə edərək, "Ciddi və etibarlı bir siyasi prosesin başlanmasına çağırırıq. Bu proses daxili müharibəyə siyasi həll yolu ilə son verə bilər”- deyə bildirdi.
Aytən Yaşar/ Turkustan.az