AZ

Suriyada üsyançılar “inqilabın beşiyi” sayılan şəhəri də ələ keçirdi...-"REUTERS" 

Suriya üsyançı qrupları 2011-ci ildə “inqilabın beşiyi”nə çevrilmiş cənubun əsas şəhəri Dəraa nəzarəti ələ keçirib.
 
Moderator.az İsrail mediasına istinadla  xəbər verir ki, Üsyançı mənbələri Reuters-ə bildiriblər ki, bu, ordu ilə onun nizamlı şəkildə geri çəkilməsi ilə bağlı razılığa gəldikdən sonra baş verib.
 
Onlar bildiriblər ki, şəhərdə xidmət edən yüksək səviyyəli təhlükəsizlik və ordu rəsmilərinə Dəməşqə təhlükəsiz keçid verilib.
 
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, son günlər hökumətin nəzarətindən çıxan digər iki əsas şəhər olan Hələb və Həma islamçıların rəhbərlik etdiyi üsyançılar ittifaqının nəzarətinə keçdiyi halda, Dəra yerli silahlı qrupların nəzarətinə keçib.
 
"Yerli qruplaşmalar Dəraa əyalətinin daha çox ərazisini, o cümlədən Dəraa şəhərini nəzarətə götürüblər... Rejim qüvvələri tədricən oradan çəkildiyi üçün onlar indi əyalətin 90 faizindən çoxuna nəzarət edirlər", - Böyük Britaniyada yerləşən və bütün Suriyadakı mənbələrdən istifadə edən Rəsədxananın məlumatında deyilir. 
 
Dəraa əyaləti İordaniya ilə həmsərhəddir.
 
Əsədin müttəfiqi Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsə baxmayaraq, Dəraa son illərdə iğtişaşlar, mütəmadi hücumlar, toqquşmalar və qətllərlə üzləşib.
Seçilən
57
moderator.az

1Mənbələr