Bu ilin yanvar-noyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 41 ölkədən 3 milyon 230 min 224 nəfər səfər edib.
“İki sahil” Dövlət Turizm Agentliyinin hesabatına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,1 %) və 800 min 965 nəfər (32,9 %) çoxdur.
11 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 890 min 855 nəfər. Bu da 1 il əvvələ nisbətən 28,4 % artım deməkdir.
Hesabat dövründə Türkiyədən isə Azərbaycana 798 min 492 nəfər səyahət edib ki, bu da illik müqayisədə 18,6 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 411 min 812 sərnişinlə (+47,5 %) daxil olub. Siyahıda daha sonra Gürcüstan 209 min 936 sərnişin (+31,9 %), Səudiyyə Ərəbistanı 107 min 703 sərnişin (+8,3 %), Qazaxıstan 99 min 957 sərnişin (+27,2 %), Hindistan 98 min 323 sərnişin (+3,8 dəfə), İtaliya 57 min 197 sərnişin (+89,5 %), Qətər 53 min 386 sərnişin (+77,6 %), Özbəkistan 52 min 453 sərnişin (-16,4 %) qərarlaşıb.
İlk onluğa Hindistan, İtaliya və Qətərin daxil olması ilə Küveyt (44 min 658 sərnişin, +15,6 %) İsrail (42 min 125 sərnişin, +11,1 %), və Almaniya (40 min 763 sərnişin, +29,8 %) TOP-10-dan çıxıb.
Təkcə noyabrda isə Azərbaycana hava nəqliyyatı ilə 279 min 405 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 28,5 % çoxdur.
O cümlədən, ötən ay Rusiyadan 68 min 767 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 13,6 % çoxdur.